Logo

UNEC-də IV modul üzrə imtahan sessiyasının  ilk “Açıq qapı” günü keçirilib

26.06.2021 13:32 1412 baxış
IMG

UNEC-də IV modul üzrə imtahan sessiyasının  ilk “Açıq qapı” günü keçirilib.


“Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və universitetin müvafiq struktur rəhbərləri tələbələrin imtahanla bağlı müraciətlərini dinləyiblər.


Tələbələrin müraciətləri apelyasiya müraciətlərinə yenidən baxılması, akademik borca görə güzəştin edilməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıq verilib, bəziləri isə yerindəcə həllini tapıb.


Növbəti "Açıq qapı" iyulun 3-də keçiriləcək.

 

İmtahanla bağlı sualı, təklifi və şikayəti olanlar 1846 Qaynar Xəttinə zəng edərək qəbula yazıla bilərlər.

Xəbər lenti